Mənə Maraqlı Olan

106
.
Prohack Döyüşçü Super moderator
Salam dəyərli əməkdaşlar və izləyicilər.
Mənə bir şey maraqlıdır. Məsələn, illərdir burada olan çox adam var. Chat mod etmək, chat qurmaqdan başqa heç nə ilə maraqlanmırlar. Soruşanda da deyirlər ki, 16 ildir, 20 ildir AzNet-dəyik. Halbuki həmin adamlar üçün AzNet yalnız chatdan ibarətdir.
Amma heç kim öz dost mühitində və ya iş həyatında "mən hələ də chatdayam" demir. Bəs niyə burada qalmışıq?
Niyə hələ də PHP 5.3 dövründə ilişib qalmışıq? Niyə Azərbaycanda proqramlaşdırma və coder mühiti bu qədər zəifləyib? Niyə xarici kurslara, məsələn Udemy dərslərinə pul xərcləyənlər inkişaf edib iş tapa bilirlər?
Niyə Frontend və Backend ayrı-ayrı dünyalar kimi göstərilir? Niyə hər ikisini öyrənməyək?
Öz adımdan deyim, proqramlaşdırma ilə məşğulam. PHP-ni təxminən 60% səviyyəsində bilirəm. Bəzi kodlar olur ki, başa düşmürəm və kömək alıram. HTML, CSS və JavaScript ilə də işləyirəm. Python və C# ilə də maraqlanıram, az da olsa öyrənirəm.
Amma mən bir dilin və ya bir texnologiyanın arxasınca kor-koranə qaçmıram. Məqsədim proqramlaşdırma məntiqini və kodlaşdırmanı öyrənməkdir.
İndiki vəziyyətdə forumlarda həqiqətən proqramlaşdırma bilən adamlar barmaqla sayılacaq qədərdir. Hamı moderatorluqla məşğuldur.
Gəlin bir-birimizə kömək edək, birlikdə inkişaf edək, PHP 5.3 dövründən, moderatorluq düşüncəsindən və yalnız VAP anlayışından çıxaq.
.
LatiX General Supervayzer
Forum Administrator
Wap helede var. Ve mobil telefonlar olduqca davam edecek. Sen demisken Bir ölkede helede php 5.3 isleyirse demek apar tulla. Men ozum Java Core , API , AI- kursu aliram helede. Ve eyani sekildede hibrid davam edirem
.
AzeTural Əsgər
Səbəb çox sadədir. İşsizlik.

Kodlaşdırmanı mükəmməl bilənlər (ortalama 65 70% dən yuxarı) banklardaözəl qurumlarda falan işləyir. gəlib day çat dalıyca düşmür, nədə qapı qapıgəzmirki sən ağlındakın de sənin üçün qurum demir. Çünki Azərbaycanda wap dünya çatlardan, web dünya xəbər saytlarından ibarətdir (fərdi portfolyo saytların saymıram, onu bu dəqiqə AI promt versən yığır). Belə olan halda  "kodlayıcı" deyirki hansı günümə özümü inkişaf etdirirəm. Dövlətişinə bank işinə hər adamı  götürmürlər, xarici elan saytlarında işləmək sərf etmir (ödəniş üsullarına görə). Ona görə Auto 1.4 ün budaqları altında zamanların keçirirlər. Məın heç kimi tanımıram burda məslən. bəzən düşünürəmki çoxsu real həyatda çox fərqli sahə üzrə işləyir, bu kodlama işinə hobbi kimi baxır.

Qısaca Azərbaycan Coder bazarı hələ çox geridə qalıb. Deyəcəksən ki gəlin qabağa çəkək, bu heç vaxt alınan deyil taaki tələblər dəyişənə qədər. Bu günki gün Virtual tələbatda butulka  oyunu, kart oyunu və ya başqa saytdan xəbər çəkən portal istəyən müştəriyə sən durub fərqli təkliflər sunsan, deyəcək gözlə gəlirəm. O gedən olacaq. 

Bugünki gün dövlət qurumlarının tenderində gedib yoldan keçən birinin qazandığın görmüsən? Hamısı Prestijli markaların alt şirkətləri falandı. 100 şirkətdən 1i ya 2si olarki sıfırdan qurulmuş şəxsi komandadır.
.
Prohack Döyüşçü Super moderator
LatiX, Vallah Abi Bu dq Python VBe c# usdundeyem basn buraxmisam php nin
.
Prohack Döyüşçü Super moderator
AzeTural, abi Bu fikirlə böyük ölçüdə razıyam. Problemin kökü təkcə proqramçıların bacarığında deyil, bazarın özündədir. Azərbaycanda proqram təminatına olan tələbatın böyük hissəsi hələ də sadə layihələr ətrafında formalaşır. Müştəri innovativ və ya mürəkkəb sistemə pul ayırmaq istəmir, ona lazım olan ən ucuz və ən sürətli həll yoludur.
Yaxşı səviyyəli proqramçılar isə adətən banklarda, telekom şirkətlərində, böyük özəl qurumlarda və ya xarici layihələrdə işləyirlər. Onların forumlarda, çat sistemlərində və ya xırda sifarişlərin arxasınca qaçmağa ehtiyacı olmur. Buna görə də kənardan baxanda elə görünür ki, bazarda güclü kadr azdır.
Tender məsələsində də oxşar vəziyyət var. Böyük dövlət layihələrinin əksəriyyəti artıq müəyyən təcrübəsi, referansları və maliyyə imkanları olan şirkətlərə verilir. Sıfırdan qurulmuş kiçik komandanın bu sahədə rəqabət aparması çox çətindir.
Əsas problem odur ki, bazarın tələbi ilə proqramçıların inkişaf istiqaməti üst-üstə düşmür. Müştəri sadə həll istəyir, proqramçı isə inkişaf edib daha mürəkkəb sistemlər qurmaq istəyir. Tələbat dəyişmədikcə və texnologiyaya investisiya artmadıqca bu vəziyyətin qısa müddətdə ciddi şəkildə dəyişəcəyini gözləmək çətindir.
.
LatiX General Supervayzer
Forum Administrator
Prohack, Men ozum en cox Rusiya bazarinda isleyirem  https://saytbox.com
.
By VoLKi Döyüşçü
Düzünə chat gerisi mənim üçün boşdur web filan fuflo şeylərdir inan gələcək ömrümü 10-15-20 il bundan öncəki vaxtlarla əvəzləyərəm.) deməyim odur ki hamısından yaxşı php 5.3 version chat dir həm sadə həmdə hamının istifadə edə biləcəyi mənim şəxsi fikrim budur
.
Prohack Döyüşçü Super moderator
By VoLKi, sen meselen  bir chatdan ayliq 10 azn uzaq basi ala bilersen amma bir web yiqiram deyek smm falan 400 500 alram aylqida ter temiz 40 50 manat vds di domenli alram men 3 dene sayt daimidi mesleen sende 6 7 aydan bir gelridi hansi yaxsidi?)
.
RaMo Əsgər
Aleykum Salam bu tərz mövzuları yazılan mətinlərlə çatdırmaq mümkün deyil sadəcə tək bir addım ata bilmələri chat devrinin bitdiyini daha profissional işlərin var olduqunu qazancın bol olduğunu görməyə kifayyət edir.
.
LOCALHOST General
Salam, qısacası belə birşey deyim mən real sektordayam və ətrafımda tanıdığım kifayət qədər proqramçılar var onlar heç auto chat nədir bilmirlər bu forumlarda müəyyən kütlə bu chat temasında qalıb məncə onu aznetə qatmıyaq