Salam dəyərli əməkdaşlar və izləyicilər.
Mənə bir şey maraqlıdır. Məsələn, illərdir burada olan çox adam var. Chat mod etmək, chat qurmaqdan başqa heç nə ilə maraqlanmırlar. Soruşanda da deyirlər ki, 16 ildir, 20 ildir AzNet-dəyik. Halbuki həmin adamlar üçün AzNet yalnız chatdan ibarətdir.
Amma heç kim öz dost mühitində və ya iş həyatında "mən hələ də chatdayam" demir. Bəs niyə burada qalmışıq?
Niyə hələ də PHP 5.3 dövründə ilişib qalmışıq? Niyə Azərbaycanda proqramlaşdırma və coder mühiti bu qədər zəifləyib? Niyə xarici kurslara, məsələn Udemy dərslərinə pul xərcləyənlər inkişaf edib iş tapa bilirlər?
Niyə Frontend və Backend ayrı-ayrı dünyalar kimi göstərilir? Niyə hər ikisini öyrənməyək?
Öz adımdan deyim, proqramlaşdırma ilə məşğulam. PHP-ni təxminən 60% səviyyəsində bilirəm. Bəzi kodlar olur ki, başa düşmürəm və kömək alıram. HTML, CSS və JavaScript ilə də işləyirəm. Python və C# ilə də maraqlanıram, az da olsa öyrənirəm.
Amma mən bir dilin və ya bir texnologiyanın arxasınca kor-koranə qaçmıram. Məqsədim proqramlaşdırma məntiqini və kodlaşdırmanı öyrənməkdir.
İndiki vəziyyətdə forumlarda həqiqətən proqramlaşdırma bilən adamlar barmaqla sayılacaq qədərdir. Hamı moderatorluqla məşğuldur.
Gəlin bir-birimizə kömək edək, birlikdə inkişaf edək, PHP 5.3 dövründən, moderatorluq düşüncəsindən və yalnız VAP anlayışından çıxaq.